"Çimərliklər dini baxışların nümayiş edildiyi yer olmamalıdır”.
Fransanın baş naziri Manuel Vals müsəlman xanımlar üçün çimərlik geyimi – burkininin bir neçə əyalətin ərazisində qadağan edilməsi təklifini dəstəklədiyini bəyan edib.
Sabahinfo.az "France-Presse” Agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, çimərliklər dini baxışların nümayiş edildiyi yer olmamalıdır.
"Qadının yaranışdan "nalayiq” olduğun və bu səbəbdən də onun bütün bədəninin örtülməsi lazım olduğunu nəzərdə tutan - burkini kimi çimərlik geyiminin düşünülməsi Fransanın dəyərlərinə uyğun deyil”, - baş nazir qeyd edib.
"Le Figaro” qeyd edir ki, burkiniyə qadağaya dair bələdiyyə fərmanı artıq yeddi əyalətdə - Kann, Sisko, Le-Tuke, Lekat, Ua-Plaj, Vilnev-Lube və Mandele-la-Napulda qüvvədədir. Bu ərazilərdə fərman artıq 2013-cü ildən qüvvədədir. Daha öncə Nitsa şəhərinin məhkəməsi Kann merinin Lacivar sahilin çimərliklərində və hovuzlarında burkinin qadağan edilməsinə dair qərarını dəstəkləyib.