Bu gün Bakı Apellaysiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, F. Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə həbs qətimkan tədbirinin ləğv edilməsi istənilib.