Azərbaycanın paytaxtı əsərlərinin qeydi-adiliyi ilə dünya üzrə məşhur, görkəmli meksikalı heykəltəraş Xorxe Marini qəbul edir. Səfər növbəti altı ay ərzində tamaşaçılar üçün açıq olacaq "Varlığın yenidən qurulması” adlı sərginin Heydər Əliyev Mərkəzində açılışı münasibətilə həyata keçirilir.
Meksikanın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən xəbərə görə, 1963-cü ildə Meksikada dünyaya gələn Xorxe Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir.
Karyerasının çoxşaxəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla – keramika və qatranla - işləmək imkanını yaradıb. Buna baxmayaraq, uzun və müfəssəl bir axtarışın sonunda heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçib, bununla da, personajların əl və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaradıb.
Xorxe Marinin yaratdığı əsərlər həm milli, həm də beynəlxalq səviyyədə tanınıb. Heykəltəraş minitürdan monumental heykəllərədək müxtəlif ölçüdə olan əsərlər yaradıb.
Ustad 25 illik sənət fəaliyyəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak edib. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunub.