Göygöldə gənc qadının həyatına son qoyan kişi saxlanılıb.
Oxu.azxəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları mənbələrindən məlumat verilib.
Qeyd edək ki, sentyabrın 8-də Göygöldə qətl hadisəsi baş verib. Cinayətin qurbanı "Beynəlxalq Bank"ın Gəncə filialının əməkdaşı 35 yaşlı Günay Cəlilifərxadi olub. Qatil gənc qadının başını kəsib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl polis əməkdaşları cinayətdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Orxan Məmmədovu Bakıda yaxalayıblar.
İlkin məlumatlara görə, G.Cəlilifərxadi iki uşaq anası dul qadın olub. OnunO.Məmmədovla yaxın münasibətdə olduğu bildirilir. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlilifərxadinin O.Məmmədovdan evlilik tələbi olub.
O.Məmmədov isə bundan imtina edib. Qeyd edək ki, Məmmədovun yaxınları da tərəflər arasındakı yaş fərqinə görə bu evliliyə razılıq verməyib.
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.