Həbsdə olan sabiq nazir azadlığa buraxılıb – FOTO

O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.

Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Sabahinfo.az -ın xəbərinə görə, bu barədə "Report”a onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. 

O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.