“Heç vaxt “Barselona”da işləmərəm” - Zidan

Real”ın baş məşqçisi Zinəddin Zidan bəyan edib ki, o, heç vaxt "Barselona”nın baş məşqçisi işləməz.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis deyib ki, o, indi lazım olduğu yerdədir:

"Futbolçu olanda da belə idi. Madriddən sonra mənə bir çox yerdə oynamağı təklif etdilər, amma istəmədim. İndi isə mən burada yalnız öz işim barədə düşünürəm” – deyə Zidan qeyd edib.