Heydər Əliyev Fondu 3 min ailəyə bayram sovqatı paylayıb

Heydər Əliyev Fondu Zaqatalada 3 mindən çox aztəminatlı ailəyə bayram sovqatı paylayıb. Sabahinfo.az saytı xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dövlətdən sosial müavinət alan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə verilən bayram sovqatı Zaqatala rayonunda 3054 ailəni əhatə edib.

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları bu gün aztəminatlı ailələrə çatdırılıb.