Xalq artisti İlhamə Quliyevanın səhhətində nəinki irəliləyiş var, əksinə, primadonnanın halı günü-gündən pisləşir.
Bu barədə Publika.az-a açıqlama verən xalq artisti indi də böyrəyinin sıradan çıxdığını deyib:
"O qadın mənə nə qədər dərman içirdibsə, daxili orqanlarım bir-bir sıradan çıxır. İndi də böyrəyimin biri çürüyüb. Həkim məni mayinə edəndən sonra dəhşətə gəldi, dedi ki, artıq böyrəyinizin birini çıxarmalı olacağıq. Əməliyyat olunmalıyam. Bir yandan da şəkər məni əldən salıb. Artıq üz-gözüm şişib, tanınmaz hala düşmüşəm. Görsəniz, məni tanımayacaqsınız".