Binəqədidə dələduzluq 

Binəqədi rayonunda  dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alıb,  torpaq üçün Bakı şəhər Dövlət Əmlak Məsələləri Komitəsindən, Bakı Şəhər Memarlıq və Şəhərsalma idarəsindən  sənəd  və tikitiyə icazə sənədləri düzəltmək adı ilə aldadırlar. Əvəzində isə   günü-günə satır, rəislərin yerlərində olmadığını, məlum yarışlarla, bayram günlərilə əlaqədar sənədlərin ləngidildiyini deyirlər. O qurbanlardan  biri də mənəm. Bir neçə ay öncə 18000 AZN ödəsəm də 20 gün ərzində hazır olacaq  sənədləri hələ də gözləməkdəyəm. Onu da qeyd edim ki, məbləğin verilməsi və  danışıqlar  telefonla videoya çəkilib. Orada da qeyd olunduğu kimi özünü Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun əvvəllər müavini işləmiş, indi də sağ əli kimi təqdim edən Arif adlı dəllal  18000 AZN-i. Kadastr idarəsinin rəis müavini kimi təqdim etdiyi Elnur adlı şəxsə verdiyini iddia edir. Son zamanlar  işbazlarla əlaqə saxlamağa cəhd etsək də nömrələrinə zəng çatmadığını, amma votsap yazılarını oxuyub cavab verməyi belə özünə borc bilmədiklərini görüb bu dələduzlar tərəfindən aldandığımızı başa düşdük. 
 Əgər bu məsələ tezliklə həllini tapmazsa DİN- in 102 xidmətinə,  korrupsiya idarəsinə və digər müvafiq qurumlara da müraciət olunacaq.  Eyni zamanda pul alan şəxsin arxalanıb istifadə etdiyi şəxslərin adları da  açıqlanacaq.