Binəqədi rayonunda dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alıb, torpaq üçün Bakı şəhər Dövlət Əmlak Məsələləri Komitəsindən, Bakı Şəhər Memarlıq və Şəhərsalma idarəsindən sənəd və tikitiyə icazə sənədləri düzəltmək adı ilə aldadırlar. Əvəzində isə günü-günə satır, təbbirlərlə əlaqədar rəislərin yerlərində olmadığını, sənədlərin ləngidildiyini deyirlər. O qurbanlardan biri də mənəm. Mart ayında həyat yoldaşım Özünü Binəqədi Bələdiyyəsinin əməkdaşı kimi təqdim edən, həm də qeyd etdiyim ərazi üzrə torpaq sənədləşməsilə, məşğul olan ara adamı kimi tanıdığımız Nizami adlı şəxsə müraciət etdi. O, isə bizi uzun müddətdir tanıdığı və birgə çox işlər görmüşük dediyi, hazırda tərəfindən aldadıldığımız şəxsə yönləndirdi. Bir neçə ay öncə 20000 azn. Məbləğində pul versəm də 20 gün ərzində hazır olacaq sənədləri hələ də gözləməkdəyəm. Onu da qeyd edim ki, məbləğin verilməsi və danışıqlar telefonla videoya çəkilib. Orada da qeyd olunduğu kimi özünü Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun əvvəllər müavini işləmiş, indi də sağ əli kimi təqdim edən Əliyev Arif adlı dəllal 20000azni. Kadastr idarəsinin rəis müavini və yaxın qohumu kimi təqdim etdiyi Elnur Niftəliyev adlı şəxsə verdiyini iddia edir. Son zamanlar işbazlarla əlaqə saxlamağa cəhd etsək də nömrələrinə zəng çatmadığını, amma votsap yazılarını oxuyub cavab verməyi belə özünə borc bilmədiklərini görüb bu dələduzlar tərəfindən aldandığımızı başa düşdük.
Məsələ ilə bağlı Binəqədi rayonu 4-cü polis bölməsinə müraciət olundu. Artıq iş Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib və müstəntiq Rasim Məmmədova həvalə olunub. Ümid edirəm ki, bu məsələdə əli olan hər kəs araşdırılıb üzə çıxarılacaq.
Aida Bayramova