İqbal Məmmədovdan seçicilərinə çağırış

Əziz Leriklilər!
Hörmətli dostlar!
Karona virusa yoluxma hallarının son günlər ölkədə artması, əhalinin müəyyən hissəsinin karantin rejiminə və şərtlərinə əməl edilməməsi ilə əlaqədardır. Etiraf etməliyik ki, bu virusun nə qədər təhlukəli olduğunu bir çox vətəndaşlar qəbul etməyib özünü və başqalarını bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qorunma tədbirlərinə kölgə salırlar.
Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxinlarınızı, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə maskalardan istifadə edəsiniz bir birinizdən məsafə saxlayasınız.Həftə sonlari evdə qalasınız.Bu problem hamımızın problemidir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur

İqbal Məmmədov 
Milli məclisin deputatı