Bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği ARTDI

2021-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artaraq 239,9 manatdan 279,9 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Sabahinfo.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 % artım deməkdir.