Müğənni İradə İbrahimovanın qızı gələn il orta məktəbə gedəcək.
sabahinfo.az xəbər verir ki, axşam.az-a açıqlama verən İ.İbrahimova bildirib ki, bu günlərdə məktəbəqədər təhsil müəssisəsinin məzunu olan İpək orta təhsilinə İstanbulda davam edəcək. Yaşının az olmasına baxmayaraq, İpək rus və ingilis dillərində danışa bilir.
İstirahətindən söz açan İradə bildirib ki, bu yay ailəsi ilə Bodrumda dincələcəklər:
"Qaynanamın işlərinin bitməsini gözləyirik. Yaxın günlərdə Bodrumdakı evimizə yerləşəcəyik. Arada bir İstanbula qayıdacayıq, amma bütün yayı Bodrumda keçirəcəyik".