İran hakimiyyəti bu ilin iyununda saxlanılan və Tehran rejiminə qarşı fəaliyyətdə ittiham edilən 3 azərbaycanlı xristianı nəhayət azadlığa buraxıb.
sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Eldar Qurbanov (48 yaş), Yusif Fərhadov (51 yaş) və Bəhram Nəsibov (37 yaş) İranda dəvət aldıqları xristian toyununda iştirak edən zaman saxlanılmışdılar.
Həbsdən sonra hər üç fəalı işgəncələr və amansız saxlanma şərtləri ilə seçilən Evin həbsxanasına gətirmişdilər. 2 ay tək kameralarda saxlandıqdan sonra onları ümumi kameralara yerləşdirblər.
Onlara bu il noybarın 6-da məhkəmənin qərarı ilə bəraət verilib.
Xatırladaq ki, onlar Bakıda rəsmi qeydiyyatdan keçmiş "Həyat sözü" dini icmasının dini ayinlər icra edən keşişləridir.