Komitə sədri ölkədə fəaliyyət göstərən bir sıra müvafiq müəssisələrdə monitorinqlər keçirildiyini bildirməklə yanaşı, eyni zamanda qeyd edib ki, o, müvəqqəti saxlanma kameralarında, o cümlədən, islah əmək müəssisələrində aparılan müsbət dəyişikliklərlə şəxsən tanış olub: "Bilavasitə, Ədliyyə NazirliyiPenitensiar xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cəzaçəkmə və s. müəssisərdə monitorinq aparmaq və fərdi qaydada daxil olmuş şikayətləri araşdırmaq üçün bizə kifayət qədər imkanlar yaradılıb. Biz bu imkanlardan faydalanaraq, saxlanılan insanlarla, o cümlədən, məhbus və dustaqlarla fərdi söhbətlər apardıq və onların heç bir şikayətlərinin olmadığını öyrəndik. Eyni zamanda, biz məhkumların ailə üzvlərinin komitəyə müraciətləri əsasında da öz monitorinqlərimizi keçiririk”.
Elşad Həmidov o cümlədən bildirib ki, ötən illər ərzində əsaslı təmirdən sonra saxlanma yerində olan kameralara televizorlar, havalandırma qurğuları quraşdırılıb, yeməkxanalarda hazırlanan yeməklərin keyfiyyəti daha da yaxşılaşdırılıb. Məhbuslara və məhkumlara gündə üç dəfə yemək verilməklə yanaşı, onlar meyvələrlə, meyvə şirələri və s. vacib olan qidalarla təmin olunurlar. Bununla yanaşı, bəzi yerdə saxlanılan şəxslərin bizə etdikləri müraciətləri də olub ki, biz həmin müraciətləri müvafiq rəhbərliklərə çatdırmışıq və xahiş etmişik ki, həmin məsələlər öz həllini tapsın. Sağ olsunlar ki, onlar bizim müraciətlərimizi dərhal qeydə alır və ölçülər götürürlər.
Müəssisələrdə xəstəxanalar ən müasir standatrlara cavab verən palatalarla, avadanlıqlarla təəchiz olunub. Xəstəliklərlə bağlı müraciət edən şəxslərə istər yataq, istərsə də ambulator qaydada keyfiyyətli tibbi xidmətlər göstərilir. Ümumiyyətlə, bu illər ərzində bizimlə əməkdaşlıq edən, monitorinqlərə şərait yaradan bütün müvafiq dövlət qurumlarına təşəkkürümü bildirmək istərdim”.
O, qeyd edib ki, bəzi dairələrin işgəncə və s. hallarla bağlı irəli sürdükləri iddialar əsassızdır və heç bir sübuta söykənmir. Komitə rəhbəri sonda bildirib ki, sədri olduğu təşkilat bundan sonra da öz monitorinqlərini aparararaq, fəaliyyətini geniş spektorda davam etdirəcək.