İspaniya mətbuatı “Qarabağ”ı erməni klubu kimi təqdim etdi, üzr istədi

İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo”ya məxsushttp://urbanian.mundodeportivo.cominternet səhifəsində "Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş19.10.2017-ci il tarixli məqalədə "Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub.

Modern.azxəbər verir ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək "Qarabağ”Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.