İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı nəticəsində yaralanan 201 şəxs evə buraxılıb.
sabahinfo.az report-a istinadən bildirir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Hazırda xəstəxanalarda 22-si ağır vəziyyətdə olan 35 xəstənin müalicəsi davam edir. Onlardan 13 nəfəri reanimasiyadadır.