İstanbulda müəmmalı olay - 6 yeniyetmə yoxa çıxdı

Türkiyənin İstanbul şəhərində gəzintiyə çıxan yeniyetmələr anidən yoxa çıxıb.
 
Sancaqtəpə mahalında dünən axşamdan bəri çölə çıxan 8-ci sinif şagirdləri haqda hələ də xəbər almaq mümkün olmayıb.
 
Məlumata görə, birgə parka toplaşan yeniyetmələrin üzərində yalnız bel çantaları olub.
 
Onların insan ticarətçiləri tərəfindən oğurlandığı istisna edilmir.