"Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində
baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən
Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində
Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz
Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı
mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən
plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları
davam etdirilir.
sabahinfo.az-a verlən məlumata görə Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6
helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları,
Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən
191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlıq qüvvə
və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə,uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə
fasiləsiz olaraq axtarış – xilasetmə əməliyyatları
davam etdirilməkdədir.
İlk
gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar
quraşdırılan"Məmməd Süleymanov”"Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri,
uçmuş estakadalarınərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını
davam etdirməkdədir.
Axtarış – xilasetmə əməliyyatları zamanı,
uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq artıq əşya
tapılaraq aidiyyatı üzrə təhvil verilib.