İyunun 21-i üçün dualar: imsak və iftar vaxtı – Gündəlik təqvim

Ramazan ayının 15-cü günü üçün dualar, imsak və iftar vaxtı.

İmsak: 3:08   İftar: 20:31 

Orucun niyyəti:

"Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”.

İftardan öncə oxunan dua:

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey rəhməti geniş olan Allah, məni bağışla!”

Ramazan ayının 15-ci günü – 21 iyun 2016-cı il üçün dua belədir:

"Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir Ey qorхanların Sığınacağı!".

Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir.