"Biz baş nazirə əziyyət verməyək" - Qüdrət Həsənquliyev

"Ermənistanın baş naziri ayda bir dəfə parlamentə gedib, sülh danışıqları barədə deputatları məlumatlandırır. Biz baş nazirə əziyyət verməyək".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq bizi məlumatlandırsın:

"Biz də öyrənək ki, zirzəmilərdə yaşayan, evləri ermənilər tərəfindən dağıdılmış soydaşlarımız Qarabağda boş qalmış evlərə nə vaxt köçürüləcək. Bizim centlmenliyimiz nə vaxtadək davam edəcək? Başqa səbəb varsa, onu da bilək. Çünki insanlarımız bu barədə yazır, bizdən soruşur. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı? Kənddə yaşayanların həyatyanı təsərrüfatı olacaqmı ki, ev heyvanları, quşlar saxlasınlar, meyvə-tərəvəz yetişdirsinlər. Digər bölgələrdə olduğu kimi Qarabağda da torpaq islahatı aparılıb, kəndlilərə torpaq paylanılacaqmı?", -deyə Q.Həsənquliyev vurğulayıb.