İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ilk olaraq müharibənin fəsadlarının aradan qaldırılması, minaların təmizlənməsi prosesi icra olunmağa başladı. Silahlı Qüvvələrimizin mühəndis-istüehkamçıları da. ANAMA da erməniliyin basdırdığı “gizli ölümlərlə” mübarizə aparır. ANAMA da, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları da basdırılmış minaların aşkarlanmasını, ərazilərin təmizlənməsini, torpaqların istifadəyə yararlılığnın təmin edilməsini böyük məsuliyyətlə yerinə yetirirlər.
Son aylarda işğaldan azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri də - ərazilərin minalanması da Ermənistanın işğalçı dövlət kimi Azərbaycan ərazisində törətdiklərinin davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, – onsuz da onlar hər yerə mina basdırıblar, – minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna odekvat cavab verəcəyik”.
Mühəndis-istehkam bölmələri tərəfindən indiyə qədər 25760 hektar ərazi minalardan və partlamamış döyüş sursatından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Son aylarda minaaxtaranlar Laçın rayonu ərazisində minlərlə mina aşkarlayıb. Təkcə Sarıbaba yüksəkliyində 991 mina aşkarlanmışdır. Bundan əlavə 281 ədəd partlamamış döyüş sursatı da aşkarlanaraq məhv edilib. Ərazi baxımından 1428 hektar ərazi işğalçı Ermənistanın basdırdığı minalardan təmizlənib. Bu rəqəm minlərlə insanın ölümdən xilası deməkdir, əlilliyinin qarşısının alınması deməkdir. Bu ərazilərdən avqustun 15-dək 1318 ədəd mina aşkarlanıb və zərəsizləşdirilib. Bu minalar da Üç dikdə, Qırxqızda aşkarlanan minalar da Ermənistanda 2021-ci ildə istehsal olunub. Bu fakt təsdiqləyir ki, Ermənistanda bu ərazilərdə piyada əleyhinə minaları üçtərəfli bəyanatdan sonra basdırıb. Bəs sühməramlılar? Ermənistaının silahlı birləşmələrinin bölmələri Laçın ərazisində sühməramlıların nəzarətindən necə yayına bilib?..
İşğaldan azad olunmuş ərazilərimiz minalardan tamamilə təmizlənəcək, köçkünələr doğma yurdlarına qayıdacaqlar! Biz buna əminik!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı