Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir. Ali Baş Komndan bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalmışdır. Ümumilikdə postmünaqişə dövrü hələ ki. sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirmiş və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etmişdir.
Ötən il noyabr ayının 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzaladılar. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri artıq 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.
Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edildi. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılmışdır. Həmçinin Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzini yaratmışdır.
Biz zəfər çalmış ölkə olsaq da, Ermənistanla münasibətləri normallaşdıqmaq istəyirik. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcəkdir.
Işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olmuş, yaxud da ciddi xəsarətlər almışdır. Ermənistan hələ də minalanmış sahələrin tam xəritələrini verməyib. Təqdim olunmuş xəritələrin dəqiqliyi isə təqribən 25 faizdir.
Ərazilər azad edildikdən sonra məlum oldu ki, təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılmışdır. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri "Qafqazın Hirosiması" adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid "tolerantlıq" nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarmışdır.
Işğal müddəti zamanı Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisindən narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. Artıq İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə, Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulmuşdur. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edibmiş.
Ermənistan rəhbərliyi dünyaya hay salır ki, guya Azərbaycanda hərbi əsirlər vardır. Halbuki Azərbaycan müharibə dövründə tutulmuş bütün hərbi əsirləri, Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl qaytarmışdır. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabr ayının axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etmişdir. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz. Onlar mühakimə olunmuş və layiqli cəzalarını almışlar.
Rəşid Məmmədov - Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri