Vətəndaş olmaq olar Vətənin oğlu olmaq gərək.... Vətən oğlu olmaq sözün həqiqi mənasında ər kəsdən həm də mənəvi məsuliyyət tələb edir. Məmməd Arazın dediyi kimi...”Vətən mənə oğul desə nə dərdim..”.
Bu gün Azərbaycan növbəti dəfə Erməni təcavüzünə məruz qalıb. Səbəblər bəllidir. Ermənistan rəhbərliyi xarici havadarlarının diqtəsi ilə təxribata əl atdı. Nəticə də məlumdur. Müzəffər Ordumuz düşmənə layiqli cəzasını verdi. Düşmənin bu təxribatı nəticəsində şəhid oğullarımız var. Alllah hər birinə rəhmət eləsin. Yaralı vətən oğullarına şəfa diləyirik.
Həssas məqamdır. Hamılıqla 44 Günlük müharibədə olduğu kimi bir olmalı olduğumuz bir vaxtda içimizdə olan qüvvələr vətən oğlu olmadıqlarını bir daha ortaya qoyaraq öz təxəyyülərinə uyğun fikirlər səsləndirirlər. Sosial şəbəkələrin onlara verdiyi imkanlardan istifadə edərək dayaz düşüncəyə malik fikirlərini cəmiyyətə sırımağa çalışırlar. Təbii ki, demokratik cəmiyyətdə yaşayırıq və hər kəs fikirlərini açıq-aydın şəkildə ifadə edə bilər. Ancaq bu o demək deyil ki, ümummilli məsələdə cılız düşüncəni cəmiyyətə sırıyasan.
Siz sapı özümüzdən olan baltalar nə tez unudursunuz Qələbə münasibəti ilə sevincinizi? Nə tez unuduruq ordu quruculuğunda edilən yenilikləri? Məgər bu gün bu silahlar olmasaydı biz düşmənə qətiyyət göstərə bilərikmi? Düşmənlə mübarizə davam edir. Sərhəddə baş verən hadisələr də onu deməyə əsas verir ki. düşmənə acımaq, düşmənə güzəştə getmək olmaz. Onlara Dəmir yumruq hər zaman lazımsdır.
Altay Göyüşov adında tarixçinin Zəngəzur və cəbhədə baş verən hadisələrlə bağlı fikirləri məsələyə münasibət bildirməyimə zəmin yaratdı. Tarixi araşdıran bu adam deyir ki, mənə Zəngəzur lazım deyil. İnternet üzərində araşdırma apararkən məlum oldu ki, tarixçi Altay Göyüşov ABŞ-da oturub ağdamlı olması, ulu əcdadlarının qəbirlərinin belə düşmən tərəfindən amansızla dağıdılmasına göz yuman, bu məsələ barəsində ölkə ictimayyəti bir yana beynəlxalq arenada imkanları olmasına baxmayaraq bir addım atmayan “ziyalı”dır. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və bunu uşaqdan böyüyə hər kəs bilir. Güman eidrik ki. Altay Göyüşov da bunu bilir. Ancaq xidmət etdiyi dairələr ona belə fikirlər səsləndirməsi üçün ciddi tapşırıq verib. O da bir “ziyalı” kimi məsələyə öz mövqeyini münayiş etdirir. Sual olur, bu kimi “ziyanlı” nın mövqeyi cəmiyyətə lazımdırmı? Və ya cəmiyyət bu mövqedən nə kimi yararlanır? Məsələnin mahiyyəti bu suallara cavab axtarmaq olsa da əsas məsələ indiki məqamda xaricdə oturub da bu kimi mənfur fikirlər səsləndirən vətəndaşımızla bağlıdır. Təbii ki, beləsinə vətəndaş demək olmaz. Bu kimi fikir sahibləri vətən oğulu olmaqdan çıxıblar. Bunların fikirləri öz şəxsi mənafeləri və xidmət etdiyi qurumların gözündə xal qazanmaqdır...
Düşünmək hər bir insana verilən hüquqdur. Hər bir insan düşüncəsində sərbətdir. Ancaq düşüncəmizin də bir sərhəddi var. Necə ki, o sərhəd üçün son 2 gündə 71 vətən oğlu öz canından və qanından keçdiyi bir zamanda mənə sərhəd lazım deyil fikirləri ilə gözü yaşlı anaların dərdinə duz səpirsən. Sual olunur ki, axı siz kimsiniz?
Təbii ölkədən kənarda oturub baş verən hadisələrlə bağlı fikir yürütmək asandır. Bu məqamda belə belə sərsəm fikirlərdənsə susmaq daha yaxşı olar. Onsuzda düşmənlərimiz və bizi gözü götürməyən qüvvələr çoxdur. Və inanın ki, bu fikirlərlə xal qazanmaq dövrü artıq qapanıb və ona da inanın ki, bu kimi fikirlərə qarşı cəmiyyətimizin qarnı toxdur. Avropada, Amerikada oturub da sosial şəbəkə üzərindən dövlətə və dövlətçiliyimizə qarşı apardığınız işləri cəmiyyət qəbul etmir. Cəmiyyət kimin kim olduğunu gözəl bilir.
Siyasi arena ər meydanıdır. Bu meydanda baş verən hadisələrin fonunda liderlərin keyfiyyətləri özünü göstərir. Necə ki, bir müddət hakimiyyətdə olub torpaqları düşmənə satanlar heç olmaya əldə olunan qələbə fonunda sussalar daha yaxşı olar. Onsuzda onlarda milli ruh, milli birlik və ən əsası xalqın yanında olmaq, vətəndaş olmaq məsuliyyəti yoxdur. Olsa belə inanın mənə o hisslər saxtadır. Və bunu da Azərbaycan xalqı gözəl bilir. Tükənmiş elektrota sahib olan bu kütlə sadəcə olaraq ürək bulandırır və bu da ikrah hissi oyadır.
İltizam Yusifov
Milli Məclisin deputatı