Koalisiyada Ulu Öndərin anım günü

Hər il olduğu kimi, 12 dekabr 2015-ci il tarixdə də, Azərbaycanın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anım günü onu sevənlər tərəfindən böyük hörmət və ehtiramla qeyd olunub.

Bu bir danılmaz faktdır ki, güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü olan dünyəvi siyasi xadim Heydər Əliyevin siyasi məsuliyyəti, siyasətinin fəlsəfi əsasları imkan verdi ki, onun tərəfindən əsası qoyulmuş demokratik dövlətimizdə insanların hüquq və azadlığı, iqtisadi firavan həyatın bərqərar olduğu milli, dini, irqi və etnik ayrıseçkiliyin olmadığı, insanların təkamülü və əqidəsinə görə təqib edilmədiyi müasir sivilizasiyalı cəmiyyət, vahid Azərbaycan yaradılsın. Bu demokratik prinsiplərin təzahürüdür ki, Azərbaycan milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq tarixin ən qədim çağlarından bu diyarda bütün azərbaycanlıların-Azərbaycan türkləri, ruslar, talişlar, kürdlər, ləzgilər, tatlar, avarlar, gürcülər, inqloylar, dağ yəhudiləri və digər xalqların vətənidir, onların hamısı üçün müqəddəsdir. Ümumi Vətən tarixinin sınaqları, nəsillərdən-nəsillərə keçən ənənələr, bütün Azərbaycan üçün ünsiyyət vasitəsi olan Azərbaycan dili bu xalqların qohumlaşmasına, doğmalaşmasına səbəb olmuşdur. Onlar öz mənşələrini saxlamaqla Azərbaycan dövləti ilə və azərbaycanlı olmaqları ilə fəxr etmiş və etməkdədirlər. Ümumi vətən və vahid millət olaraq qaynayıb-qarışan bu xalqlar arasına heç zaman ayrıseçkilik salınmamışdır.

Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində, əsasən də insan hüquqları ilə bağlı əsaslı islahatlar həyata keçirilməkdədir.

Məhz Heydər Əliyev siyasətinin məntiqli davamı olaraq həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda idarəedici, qanunverici və məhkəmə hakimiyyətinin strukturları daha da gücləndirilmiş, müvafiq dövlət qurumlarının fəaliyyəti səmərəliləşdirilmişdir.

Azərbaycan xalqının iradəsinə sadiq olaraq "İctimai Nəzarət Koalisiyası” İdarə Heyyətinin üzvləri də Ulu Öndər Heydər Əliyevin anım gününü yüksək səviyyədə qeyd etmək məqsədilə Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil qoyaraq ruhuna dualar oxutdurmuş və "İctimai Nəzarət Koalisiyası”nın Heydər Əliyev guşəsində təntənəli tədbiri keçirilmişdir. Tədbirdə Heydər Əliyevin silahdaşları, tanınmış ziyalılar, elm adamları, iş adamları və Əliyev sevərlər iştirak edərək, ruhuna hörmət və ehtiram əlaməti olaraq, onunla bağlı xoş xatirələrini dilə gətiriblər.