Rusiya nümayəndə heyətinə BMT Baş Assambleyasının 71-ci sessiyasında başçılıq edən xarici işlər naziri Sergey Lavrov yoldakı tıxaclara görə Birləşmiş Millətlər Təşkilatının qərargahına piyada getməli olub.
sabahinfo.Az-ın xəbərinə görə, bu barədə öz Facebook səhifəsində RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Rusiya xarici işlər nazirliyinin mətbuat katibi bildirib ki, BMT-nin qərargahının yaxınlığında Manhetten rayonunda yolları prezident Barak Obamanın gəlişinə görə bağlayıblar.
"Lavrov tıxacda gözləmək istəməyib və piyada yola düşüb”, - o əlavə edib.