Lerikdə qanlı gecə: ata və oğlu - BALTALANDI

Lerikdə ata və oğlu baltalanıb.sabahinfo.az Anspress-ə istinadən xəbər verir ki, hadisə qonşular arasında baş vermiş davadan sonra qeydə alınıb.

Belə ki, Lerik rayonunun Veri kəndində gecə saatlarında otlaq sahəsi üstündə bir neçə qonşu arasında münaqişə olub. Dava nəticəsində 6 nəfər Hüseyn İsayevin yaşadığı evə hücum edib. Dava zamanı iki nəfər balta xəsarətləri alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsayevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, gecə radələrində xəstəxanaya iki nəfər ağır vəziyyətdə xəstə gətirilib. Onlardan birinin - atanın bədəninin müxtəlif nahiyələrinə küt alətlə xəsarət yetirilib, digərinin - oğulun isə qulaqları kəsilib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Məlum olub ki, hücum edənlər Hüseyn İsayevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsayevlər, qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşlarıdır.