Blinken BƏƏ prezidenti ilə görüşdü

ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayid Al Nəhyanla görüşüb.

Sabahinfo.az "Al Jazeera"ya istinadən xəbər verir ki, ABŞ rəsmisi bu barədə öz "X" hesabında bildirib.

Tərəflər İsrail-HƏMAS müharibəsinin regiona yayılmasının qarşısını almaq və Qəzzaya humanitar yardımların göndərilməsi məsələlərinə toxunublar.