Belorus prezidenti Lukoşenkonun oğlu prezident olmaq istəmir. sabahinfo.az saytı xarici mediaya istinadən bildirir ki, 12 yaşlı Nikolay dövlət başçısı postunda atasının varisi olmaq arzusunda olmadığını bildirib.
Belarus televiziyasının birinci kanalında yayımlanan süjetdə jurnalistin sualını cavablandıran Nikolay bildirib ki, prezident olmağı arzulamır: "Çünki bu çox ağır həyatdı. Mən buna hazır olduğuma əmin deyiləm.Gələcəkdə hansı peşəni seçəcəyimi isə hələ bilmirəm. Ola bilsin, ya həkim, ya da hərbçi oldum”.