MDB ölkələrinin XİN Şurasının növbəti iclasının tarixi açıqlandı

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il Daşkənddə baş tutacaq. 

sabahinfo.Az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcra Komitəsinin rəhbəri Sergey Lebedev Bişkekdə XİN Şurasının geniş iclasında bəyan edib. 

"MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasını gələn ilin aprel ayının 7-də Daşkənddə keçirmək barədə qərar qəbul edilib”, - o deyib. 

MDB ölkələrinin rəhbərlərinin Şurasından öncə baş tutan Xarici İşlər Nazirləri Şurasının iclası bu gün Bişkekdə keçirilir.