Bir neçə gündür hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Təbii, hər kəsə məlumdur ki, bu ayda müəyyən sahələrdə durğunluq yaşanır. Məsələn, əksəriyyət toylardan imtina edir. Nəticə olaraq bu, birbaşa qızıl bazarına, restoranların fəaliyyətinə də mənfi təsir edir. Eyni zamanda, müğənnilər də məhərrəmlikdə ecə deyərlər, qısa fasiləyə çıxırlar.
Maraqlıdır, bəs məhərrəmlik müddətində dəvətlər olarsa, müğənnilər toylarda iştirak edərlərmi?
Modern.azsaytı bu sualla bir neçə müğənniyə müraciət edib.
Vasif Məhərrəmlibildirib ki, Məhərrəm ayında onsuz da toy dəvətləri olmur:
"Bilirsiniz ki, məhərrəmlikdə toyların olmasından söz gedə bilməz. Buna baxmayaraq, əgər hər hansı toy dəvəti gələrsə, getmərəm”.
Mənzurə Musayevahəmkarından fərqli olaraq bəzən bu cür dəvətlərin olduğunu qeyd edib:
"Bəzən məhərəmmlikdə toy və ya ad günü dəvətləri olur. Amma mən getmirəm. Onsuz da ilin 9 ayını işləyirik, 2 ayını işləməsək, nə olacaq?”.
Mətanət Əsədovada toy dəvətlərini qəbul etməyəcəyini vurğulayıb:
"Mən müsəlmanamsa, qarşımdakı da buna uyğun rəftar edər. Müsəlman məhərrəmlikdə toya getməz. Bu baxımdan, Məhərrəm ayında toy dəvəti olsa, heç vaxt getmərəm”.
Nazənindinə bağlı olduğunu və bu cür dəvətləri qəbul etmədiyini bildirib:
"Artıq 20 ildir, toylara gedirəm. Amma nə məhərrəmlikdə , nə də orucluqda heç bir zaman toy məclislərində iştirak etməmişəm. Eyni zamanda, mən cənub zonasındanam və bilirsiniz ki, oradakı insanlar dinə daha bağlıdırlar. Ola bilər, müəyyən tədbirlərdə iştirak edim. Yəni uşaqlar və ya Qocalar evində keçirilən tədbirlərin dəvətini qəbul edirəm. Məsələn, indi Moskvada bir tədbirimiz olmalıdır. Amma toy məclisləri üçün gələn dəvətləri qəbul etmirəm”.
Manaf Ağayevsualımıza bir qədər fərqli cavab verib:
"Bəzi jurnalistlər ümumiyyətlə xeyrə bir şey yazmır. Ona görə də getsəm də, getməsən də heç nə demərəm”.