Məhkəmə hakimi koronavirusdan ÖLDÜ

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Eyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu haqda mərhumun tələbə yoldaşı, millət vəkili Fazil Mustafa bildirib:

"Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

1965-ci il təvəllüdlü Namiq Məmmədov daha əvvəl Bakı şəhəri 14 və 4 saylı Hüquq məsləhətxanalarında vəkil, Ağdam Rayon Məhkəməsində, Şirvan və Şəki Apellyasiya məhkəmələrində hakim işləyib.

Allah rəhmət eləsin…