Xalq artisti Məleykə Əsədova "5/5" verilişinin qonağı olub.
Aparıcı aktrisaya "50 illiyinizə az qaldı. Heç bu yaşı vermək olmaz. Elə bil 18 yaşındasınız. Üzündə bir qırış da yoxdu" sözlərini ünvanlayıb.
M.Əsədova plastik əməliyyat etdirənlərə söz atıb:
"Ən gözəl plastik əməliyyat qəlbin gözəl olmasıdır. Ürəklərini saf saxlasalar, plastik əməliyyatı əvəzləyər. Ürək təmiz olanda, üzdə nur itmir. Bu da gözə vurur. Axı adam sevinəndə də, kədərlənəndə də gözlərindən görünür. Mənicavan saxlayan tamaşaçıların, qızımın istəyi və Allahıma olan sevgimdir".
axşam.az