Aərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni teleseriala çəkilib. Sabahinfo.az saytı Azvision.az-a istinadən xəbər verir ki, Nadir Əzməmmədov ATV telekanalında yayımlanan məşhur "Vicdan” haqqı" serialında rol alıb.
QSC sözcüsü serialda Saleh Rzayev obrazını canlandırır.
Mətbuat katibi bundan öncə rejissor Rövşən İsaqın "Sonuncu fəsil” serialında Mamed obrazında çəkilib.
Qeyd edək ki, Nadir Əzməmmədov "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" və s. kimi filmlərdə də rol alıb.