Bəlkə ölmüşəm,heç xəbərin yoxdu
Gözəlim,sən çıxıb gedəndən bəri O gündən qəlbimdə kədərim çoxdu Soruş bir tanışdan məni ötəri Bəlkə ölmüşəm,heç xəbərin yoxdu
Sənsən tək həyatda mənim nisgilim Çəkməkdən adını,quruyub dilim Halımdan bixəbər olan sevgilim Bəlkə ölmüşəm,heç xəbərin yoxdu
Mərhəməm,olmuşam sənsiz birtəhər Qəlbimi bürüyüb qüssə,qəm,qəhər Nə olar gül üzlüm,qayıt bu səhər Bəlkə ölmüşəm,heç xəbərin yoxdu
Neynəmişəm görən,Allah
Sanki ruhsuz daş olmuşam Gözdən axan yaş olmuşam Həyatda çaş-baş olmuşam Neynəmişəm görən,Allah
Duyan yoxdu dərd sərimi. Qapayıram dəftərimi. Zülmətdə saldın yerimi. Neynəmişəm görən,Allah
Canım sitəm qəlbim yara. Od tuturam dönsəm hara. Zaman çəkir məni dara. Neynəmişəm görən,Allah
İnciyirəm dost qardaşdan. Ümman olur axan yaşdan. Ələdin başıma daşdan Neynəmişəm görən,Allah
Həyat zindan mən məhbusam. Söyləsən nə qədər susam. Yarama duzdamı basam?! Neynəmişəm görən,Allah
Gedir zaman itir ömür. Gedən gedir geri dönmür. Bəxtimdən də ağdı kömür. Neynəmişəm görən,Allah
Zülmət gecəm olmur səhər. Boğur məni bu qəm qəhər . Demə Mərhəm döz bir təhər. Neynəmişəm görən,Allah
Vətən!
Yolumu gözləmə,gedirəm ana Səngərlər qoynuna köçəcəyəm mən Ruhum bədənimdən çıxana kimi Düşmənin qanını içəcəyəm mən
Tabutum gələrsə əsgər çiynində Ata,deyəcəklər başın sağ olsun Başını uca tut heç çəkinmədən De Vətən torpağın,daşın sağ olsun
Mən ölsəm,gözəlim,qəbrimin üstə Bir çiçək,bir də ki,güldan qoyarsan Evlənsən biriylə,övladın olsa Ürəkdən adını Vətən qoyarsan
Allah
Bu qəmli dünyaya gələndən bəri Özüm öz dərdimi yozuram Allah Uyub hər nadanın şirin sözünə Getdikcə yolumu azıram Allah
Canımdan can gedib dolduqca yaşa Bu fani ömrümü vurduqca başa Əlimdə çapacaq qayaya,daşa Hər ötən günümü cızıram Allah
Səhratək qurudub könül bağımı Mum kimi əridib vüqar dağımı Mərhəməm məhv edib gənclik çağımı İndidən qəbrimi qazıram Allah
Ana
Elə bir möcüzə edəydi Allah Yenidən mən uşaq olaydım ana Dil açıb,ilk dəfə ana deyəydim Ağrını,acını alaydım ana
Bir kəlmə deməzdim sözünün üstə Əlimi ataydım gözünün üstə Başımı qoyaydım dizinin üstə Sübhəcən xəyala dalaydım ana
Yanımda mən səni tapanmayanda İyləyib ətrini duyanmayanda Mərhəməm,laylansız yatanmayanda Ağlayıb qışqırıq salaydım ana
Ay Allah,mən necə Vətən oğluyam?
Bağımda bəhrəmi yeyənmirəmsə Bir kəlmə sözümü deyənmirəmsə Yurduma,yuvama dəyənmirəmsə Ay Allah,mən necə Vətən oğluyam?
Nərgizlər,lalələr boynunu büküb Topxana meşəsi saçını töküb Başımın üstünə duman,çən çöküb Ay Allah,mən necə Vətən oğluyam?
Düşmənin ağzında yağ olub torpaq Varlıya bəhrəli bağ olub torpaq Mərhəməm,qəlbimdə dağ olub torpaq Ay Allah,mən necə Vətən oğluyam?
Dünya
Oğul-qız sahibi olan günündən Kasıbı odlara,atırsan dünya Aldanıb dövlətə,aldanıb vara Mərdi namərdlərə satırsan dünya
Özümdə bilmirəm bu qədər niyə Tutduğun əməllər gizlənsiz deyə Bənzədib özünü məhsum körpəyə Yaltaqlar qoynunda yatırsan dünya
Çiçəktək saralıb,solan Mərhəmin Buludtək boşalıb,dolan Mərhəmin Hər şeyə tamarzı qalan Mərhəmin Başını şeirlə qatırsan dünya
Bax Allah
Qələm qaşlarının üstünə düşən Gözlərə naz edən telə bax Allah Belədə şirinlik,məlahət olmaz Dilə bax,dilə bax,dilə bax Allah
Durna boğazıtək bilur buxağa Pətəktək bal dadan qönçə dodağa Laləyə bənzəyən alma yanağa Sinəsində bəyaz tülə bax Allah
Bir baxışla Coğazlını qandıran Kədərini,qüssəsini dandıran Günəş olub çöhrəsində yandıran Şəhla gözlü bu gözələ bax Allah
A zalım,dərdindən ölürəm axı
Heyranam dilinə,şirin sözünə Heyranam qaşına,qara gözünə Nə qədər həsrətlə baxım üzünə A zalım,dərdindən ölürəm axı
Sonacan qüssəmi,qəmmi çəkim mən? Ağlayıb,gözümdən yaşmı töküm mən? Əyilib,qarşında dizmi çöküm mən? A zalım,dərdindən ölürəm axı
Nə qədər közərim,alışım,yanım? Nə qədər mən səni içimdə anım? Nə qədər sevgimi hamıdan danım? A zalım,dərdindən ölürəm axı
Gedək gəzək biz aləmi
Məni məndən alan gözəl Kəməndinə salan gözəl Yox sözümdə yalan gözəl Gedək gəzək biz aləmi
Çıxaq yaylaqlar belinə Gül- çiçək taxım telinə Heyranam şirin dilinə Gedək gəzək biz aləmi
Nə qəm bilək,nə dərd bilək Yaylaqlardan əsən külək Yanağından öpsün mələk Gedək gəzək biz aləmi
Keçib dövran,ötür zaman Birdə ələ düşməz bu an Könlümə köz basan canan Gedək gəzək biz aləmi