Millət vəkili Pərvanə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kollecinin tədris binasında kollecin tələbə və müəllim heyəti ilə görüş keçirmiş və onlarla müzakirələr aparmışdır.
Deputat həmçinin, kollecin tələbələrinin müxtəlif mövzularda, o cümlədən, Azərbaycanın xarici siyasəti, gənclər siyasəti, qanunverici orqanın fəaliyyəti ilə bağlı suallarını cavablayıb.
Sonda millət vəkili Pərvanə Vəliyeva bu cür səmərəli və maraq doğuran görüşlərin mütəmadi keçirilməsinin ölkə gəncləri üçün faydalı olduğunu vurğulamış və bu görüşün təşkili üçün şərait yaratdıqlarına görə kollecin direktoru dosent Ata Babayevə və kollecin kollektivinə öz təşəkkürünü bildirmişdir.