Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Parlament rəsmisi gündəliyə daxil olan məsələləri açıqlayıb:
"Milli Məclisin payız sessiyasının növbəti iclası noyabrın 11-də keçiriləcək. İclasın gündəliyinə 26 məsələ daxildir”.
Mətbuat katibi iclasda bir sıra qanunlara dəyişiklərin nəzərdə tutulduğunu bildlrib. Bunlar aşağıdakılardır:
- Mülki Məcəlləyə dəyişiklik
- Cinayət Məcəlləsinə dəyişiklik
- Cinayət Prosesual Məcəlləsində dəyişiklik
- Miqrasiya Məcəlləsində dəyişiklik
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
- Vergi Məcəlləsində dəyişiklik
- Meşə Məcəlləsində dəyişiklik
- Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik
- "İnvestisiya fondları haqqında” qanuna dəyişiklik
- "Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik
- "Kommersiya sirri haqqında” qanuna dəyişiklik
- "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik
- "Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik
- "Ətraf mühitə dair informasiya almaq” haqqında qanuna dəyişiklik
- "Elektron imza və elektron sənəd” haqqında qanuna dəyişiklik
- "Sahibkar fəaliyyəti haqqında” qanuna dəyişiklik
- "Qiyməti metallar və qiymətli daşlar” haqqında dəyişiklik
- "Sahibkarıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik
- "Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik
- "Yol hərəkəti haqqında” qanunda dəyişiklik
- "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik
- "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında” əsasnaməyə dəyişiklik.