“Mitinqlərdə yalnız Türkiyə, Şimali Kipr və Azərbaycan bayraqları dalğalana bilər”

"Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağından başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqlarımitinqdə dalğalana bilər”.

 

sabahinfo.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamlarının toplantısı zamanı deyib.

 

O bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları qaldırılır:

 

"Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur”.

 

Xatırladaq ki, avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək.

 

Türkiyədə bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.