"Verbal hədələr özündə hər hansı faktlar daşımır. Hər şeyi danışmaq
 olar. Ancaq bu, o demək deyil ki, bütün bunlar maddiləşəcək”. Musavat.com-un
 məlumatına görə, bu sözləri Rusiyanın Ermənistandakı səfiri İvan 
Volınkin yerli mediaya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib 
Ərdoğanın Putinin İrəvan səfərinə görə Rusiyadakı səfiri geri çağıra 
biləcəyinə münasibət bildirərkən deyib.
"Hər 
bir dövlətin öz maraqları var və hər bir dövlət öz maraqlarını qorumaq 
haqqına sahibdir. Həmçinin, hər bir dövlət öz müttəfiqlərinə və ticarət 
tərəfdaşlarına malik olma hüququna malikdir. Bax, burada biz dəqiq 
prioritetlər bölgüsü aparırıq” – qeyd edib diplomat. 
"Prezident
 Putin burada (İrəvanda –red.) kədərli günlərlə bağlı tədbirlərdə hər 
şeyi söylədi. Məncə, bundan o yana deməyə bir şey yoxdur” - əlavə edib 
rusiyalı səfir.