“Qəzza zolağında vəziyyət regionda sülh və təhlükəsizlik üçün geri dönülməz nəticələri olan fəlakətə çevrilir”.
Bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş deyib.
“Biz humanitar sistemin dağılması ilə bağlı ciddi risklə üzləşirik”, - deyə Quterreş açıqlamasında bildirib.
Ümumdünya təşkilatının baş katibi nəyin bahasına olursa olsun belə bir nəticədən qaçınmağa çağırıb.