BMT-dən Quranın yandırılmasına REAKSİYA

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası (UNHRC) Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanında polisin icazəsi ilə Quranın yandırılması aksiyası keçirilib. Aksiyanın təşkilatçısı olan 37 yaşlı iraqlı mühacir Salvan Momika müsəlmanların müqəddəs kitabının səhifələrini qopararaq yandırıb. Hadisə müsəlmanların əsas dini bayramlarından olan Qurban bayramı gününə təsadüf edib.