BMT Rusiyada baş vermiş hərbi qiyamı Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmayacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə CBS yazır. Mənbə iddia edir ki, BMT baş katibinin ofisi və Təhlükəsizlik Şurasının beş daimi üzvü, o cümlədən Rusiya və ABŞ hərbi qıyamı müzakirəyə çıxarmağı məqbul hesab etməyib.
Eyni zamanda, Təhlükəsizlik Şurasının sədri Lana Zəki Nuseyba vurğulayıb ki, üzv ölkələrdən heç biri BMT-yə Rusiyadakı hadisələrlə bağlı müraciət etməyib.