Müğənni Elçin Hüseynovla həmkarı Zamiq Hüseynov arasında qalmaqal səngimək bilmir.
Lent.az-ın məlumatına görə, bu gün "Hər şey daxil” verilişinə qonaq olan E.Hüseynov Z.Hüseynovun "Qarınlı kişilər efirə çıxmasın” sözlərinə sərt reaksiya verib: "Bəzi şeylər var ki, efirdə onlarla bağlı çox söz demək olmur. Kişinin sanbalı olmalıdır. Birinci insan, şəxsiyyət olmalıdır, sənət sonra gəlir. Bədən formasını Allah qismət edir. Hərə bir cür yaranıb. Efirə çıxanda tamaşaçı gərək birinci onuayırd edə bilsin ki,bu, qadındır, yoxsa kişi? İlk şərt budur. "Qarınlıdır, qarınsızdır" müzakirəsilazım deyil. Allahdan başqa heç kimdən qorxmuram. Heç kimdən çəkinmirəm. Biri saçını uzadır, biri keçi saqqalı edir, biri sırğa taxır. Səhnəbunlarla gözəlləşmir. Səhnəni sənətlə, oxumaqla gözəlləşdirmək lazımdır. Efir elədir ki, bir kəlmə söz dedinsə, sənin deyil. Sözü fikirləşib demək lazımdır. Ona görə də toylarda gündə bir müğənni döyürlər. 20 ildir sənətdəyəm. Tək Azərbaycanı yox, bütün Rusiyada toyları gəzmişəm. Bir dəfə xətrimə dəyən olmayıb. İnsan səmimi olmalı, şəxsiyyətinə hörmət etməlidir. "Kim kökdür, kim arıqdır" sözlərixanıma aiddir. O sözü deyənin də bəzi orqanlarında xanım orqanları var".