"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında aşağı gərginlik həddini saxlamaq çox vacibdir". sabahinfo.az saytı xəbər verir ki, bu barədə "Report" "news.am"a saytına istinadən məlumat yayıb. Məlumata görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşmə riskinin mövcud olması ilə bağlı fikirlərinə münasibət bildirən Almaniyanın Ermənistandakı səfiri Matias Kisler hər iki tərəfin atəşkəs rejiminə riayət etməsinin vacibliyini vurğulayıb.
"Aprelin müharibəsindən sonra hazırda gərginlik sözün əsl mənasında aşağı düşüb. Ancaq bu gərginliyin tədricən aradan qalxmasına dair illüziya yoxdur. Ona görə biz hesab edirik ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə təmas xəttində araşdırma və monitorinq mexanizmləri, həmçinin etimad mühitinin yaradılması üzrə tədbirləri implementasiya etmək çox mühümdür. Düşünürəm ki, bunun üzərində daha çox işləmək lazımdır", - deyə Kisler bildirib.