Ötən
ay iş adamı və xeyriyyəçi, Tovuz
Xeyriyyə Cəmiyyətinin sədri
Musa Səməd oğlu Süleymanovun 60 yaşı tamam
oldu. O, bacarıqlı və
yüksək səviyyəli bir iş adamı olaraq bütün ölkədə yaxşı tanınır.
Öz soykökü və nəsil
şəcərəsi ilə
Azərbaycan
tarixinin özünəməxsus, şərəfli
səhifələrindən
hesab olunan Şəmşəddin sultanlığının hakimi Nəsib Sultan nəslinin davamçısı olan Musa
Süleymanov 14 sentyabr 1956-cı ildə
Tovuz rayonunda anadan olub. Gənc
yaşlarından zəhmətə alışaraq gecə-gündüz tər tökərək yorulmadan çalışıb. Həyatın hər üzünü görüb. Heç bir çətinlikdən
qorxmayıb. Risk etməkdən çəkinməyib.
Orta məktəbi bitirəndən sonra Ukraynada hərbi xidmət keçib. Ordudan qayıtdıqdan sonra isə
bir müddət Tovuzda
və Bakıda
sürücü işləyib. Eyni
zamanda ali təhsil alıb.
1990-çı ildən isə sahibkarlıq fəaliyyətinə
başlayıb və bizmesmen
kimi ilk uğurlara imza atıb. Elə
həmin ildən təsisçisi olduğu müəssisələri özündə birləşdirən
"ADO-G” Şirkətlər qrupunun rəhbəri seçilib. Artıq 26 ildir ki, "ADO-G” şirkətlər qrupu öz uğurlu fəaliyyətini
davam etdirir.
Musa Süleymanov 2004-cü ildən həm də
"B.Sərdarov
adına maşınqayırma zavodu” TASC-nin İdarə heyətinin
sədri vəzifəsini daşıyır. Müstəqilliyin ilk illərində
tamamilə
dağılmaqda olan sovet dönəminin
bu məşhur
zavodU, məhz onun rəhbərliyi altında dinamik fəaliyyət
göstərən istehsalat müəssisəsinə
çevrilib.
Torpaqlarımızın erməni işğalı ilə üzləşdiyi
ağır illərdə Musa Süleymanov bütün gücünü və imkanlarını səfərbər
edərək, daim vətəni qoruyan əsgər
və hərbiçilərin yanından əl çəkməyib. Maddi və mənəvi
köməyilə həmişə
onlara dayaq durub. Onun həmin
illərdə göstərdiyi xidmət indi də yaddaşlardan silinməyib. Tovuzun müdafiəsi dövründə ən çox fəallıq
göstərən insanlardan, tanınmış simalardan biri də o olub.
Musa Süleymanov hardaolmasından asılı
olmayaraq hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib. 2006-cı ildə Tovuz Xeyriyyə Cəmiyyətinə sədr
seçilməsi də bu baxımdan təsadüfi deyil. O, həm də Azərbaycan
mədəniyyətinin təbliğ
olunması yönündə çox ciddi
addımlar atıb. Əsl messenant və xeyriyyəçi
kimi neçə-neçə yaradıcı insana diqqət və qayğıyla yanaşaraq, onların sənətdə,
yaradıcılıqda uğurlar qazanmalarına vasitəçilik edib.
Musa Süleymanov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda
maşınqayırma sənayesinin
inkişafında xidmətlərinə görə
"Tərəqqi” medalı ilə təltif olunub.
Dəyərli eloğlumuzun, tanınmış iş adamı
və xeyriyyəçi Musa Səməd Oğlu Süleymanovu şanlı yubileyi – 60 yaşının
tamam olması münasibətilə ürəkdən
təbrik edir,
ən xoş arzularımızıünvanlayırıq.
Ömrünüz uzun, işləriniz avand, canınız sağlam olsun, əziz Musa müəllim!