Müxalifətdə daha bir parçalanma

Azadlıq-2015” seçki blokunun fəaliyyətinə xitam verilib.


Bu barədə Azvision.az-a Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib.

O, qeyd edib ki, seçki blokunun buraxılmaması quruma daxil olan partiyaların fəaliyyətinə maneələr yarada bilərdi: "Seçki bloku daxilində fəaliyyət partiyaların üzərinə müəyyən səlahiyyət qoyurdu. Ona görə də biz "Azadlıq-2015” seçki blokunun fəaliyyətinə xitam verdik”.

P.Hüseyn qeyd edib ki, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azadlıq Partiyası, Aydınlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası əməkdaşlıq formatı kimi "Azadlıq-2015” siyasi partiyalar bloku adı altında fəaliyyətini davam etdirəcək. Ola bilsin ki, Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyası da bu bloka daxil olsun”, -deyə P. Hüseyn bildirib.

Partiya sədri bildirib ki, siyasi partiyalar blokunun fəaliyyət istiqaməti barədə razılaşmalar növbəti müzakirələr zamanı müəyyən olunacaq.