Onun hekayəsi çoxlarına məlumdur.
İki yaşında olarkən 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village” istirahət mərkəzində hovuzda çimərkən bir ayağını itirən İmran Cəfərzadənin başına gələnlər hamını məyus etmişdi. Ancaq o, indi həmyaşıdları arasında çempionluq zirvəsinə də yüksəlib.
Sabahinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniyanın Şarite klinikasında müalicə olunan İmran bu gün sərbəst hərəkət edə, qaça, oynaya bilir.
Suda sərbəst üzə bilən balaca İmran artıq iki ilə yaxındır ki, üzgüçülüklə məşğuldur. Yaşadıqları dəhşətlərdən sonra İmranın valideynləri onun üzgüçülüklə məşğul olmasına tərəddüd etsələr də, sonradan razı olublar.
Videoya bu linkə -http://video.azertag.az/video/30936 daxil olaraq baxa bilərsiniz.