Nadir: - "Övladlarım heç mənə də qulaq asmırlar"

"Məndən olsa, sabah oğlumu evləndirərəm. Hər şeyə hazıram. Amma evlənən mən yox, oğlumdur. Nə vaxt istəsə, o zaman toy edəcəyik".

Sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər maqazin"ə açıqlamasında deyib. 

İfaçı "Oğlunuza müğənni xanım alarsınız?" sualına belə cavab verib:

"Mənim övladlarım bizim şou-biznesdən heç kimi tanımırlar, dinləmirlər. Heç mənə də qulaq asmırlar. Onların başqa dünyası, musiqi zövqü var. Heç kimin də övladını tanımırlar ki, bəyənsinlər də. Amma könül sevən göyçək olar. Qismətin nədirsə o da olacaq. İstəyərəm ki, gəlinim mənim evimin yaraşığı olsun, səhnələrin yox".