NATO Rusiya sərhədlərində gücünü 3 dəfə artırıb

Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində gücünü artırdığını bildirib. sabahinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirin sözlərinə görə son 3 ildə alyans Rusiya sərhədlərində öz potensialını 3 dəfə artırıb.

 

"NATO son 10 ildə Rusiya sərhədlərində kəşfiyyat uçuşlarını 3 dəfə, cənub-qərb istiqamətində isə 8 dəfə artırıb”.

 

Nazirin sözlərinə görə 1990-cı illərdə belə uçuşların sayı 107, 2000-ci illərdə 298, təkcə 2016-cı ildə isə 852-yə çatıb. O həmçinin Arktika, Qara dəniz və Baltikada rus aviasiyasının uçuşlarını 61% artırdığını bildirib.

 

Vladimir Putin isə sərhəd perimetri boyu hərbi potensialın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.