Nazirlik müğənni Rəqsanəni 104 min manat cərimələyib

Bu cərimə 3 ay ərzində yazılıb


Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb. Sabahinfo.az xəbər verir ki, bu barədə Lent.az-a müğənnin özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb: "Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.